Federal Miqrasiya Xidməti: Hazırda Rusiyada 3,5 milyona yaxın qanunsuz miqrant yaşayır - VİDEO

Federal Miqrasiya Xidməti: Hazırda Rusiyada 3,5 milyona yaxın qanunsuz miqrant yaşayır - <span style="color: red;">VİDEO
# 09 dekabr 2013 12:04 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Hazırda Rusiya ərazisində 3,5 milyona yaxın qanunsuz miqrant yaşayır.

APA-nın xəbərinə görə, bunu Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski ölkənin insan haqları müvəkkillərinin Koordinasiya Şurasının iclasında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Rusiya ərazisində vizasız gediş-gəliş hüququna malik olan 8,5 milyon miqrant var: “Qanunsuz miqrantların əksəriyyəti MDB ölkələrinin vətəndaşlarıdır. Onlar ölkəmizə qanuni daxil olsalar da, burada qalma müddətini pozublar. Bizim hesablamalarımıza görə, Rusiyada qanuni qalma müddəti bitmiş və qeyri-leqal şəkildə işləyən 3,5-3,6 milyon əcnəbi vətəndaş yaşayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR