Gəncədə DSK və məntəqə seçki komissiyalarının sədrləri üçün təlim kursları keçirilir

Gəncədə DSK və məntəqə seçki komissiyalarının sədrləri üçün təlim kursları keçirilir
# 05 avqust 2013 11:38 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə dairə və məntəqə seçki komissiyaları sədrləri üçün təlim kursları keçirilir.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, təlim kursları Gəncədə mövcud olan 4 DSK-nı da əhatə edir. Təlimin ilk günündə siyahılar üzrə işin aparılması, seçkiqabağı təşviqat, bildirişlərin seçicilərə çatdırılması, eləcə də seçki komissiyaları ilə səmərəli əlaqə qurulması və s. məsələlər müzakirə olunub. Daha sonra seçki prosesində KİV-in rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri, siyahıların təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması, saxlanılması, eləcədə asayişin qorunmasında daxili işlər orqanlarının rolu, səslərin hesablanması, nəticələrin rəsmiləşdirilməsi içində məntəqə seçki komissiyalarının vəzifələri, fəaliyyətlərinin təşkili məsələləri,

seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət, nəzərdə tutulan qanunvericilik aktları və məsuliyyət növləri və s. bu kimi mövzular müzakirə olunacaq.

Qeyd edək ki, təlimlərə MSK-nın, yerli icra hakimiyyətlərinin, rayon, şəhər məhkəmələrinin sədrləri də qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR