“Ümumdünya yol qəzaları qurbanlarının xatirə günü”nə həsr olunan tədbir keçirilib

“Ümumdünya yol qəzaları qurbanlarının xatirə günü”nə həsr olunan tədbir keçirilib
# 22 noyabr 2013 12:08 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. İctimai Səhiyyə və İslahatlar Mərkəzi və “ADDIM” Yaradıcı Gənclər Assosiasiyasının birgə əməkdaşlığı ilə “Ümumdünya yol qəzaları qurbanlarının xatirə günü”nə həsr olunan tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbiri "İctimai Səhiyyə və İslahatlar Mərkəzi"nin direktoru Ceyhun Məmmədov açıb. Daha sonra layihənin rəhbəri Hüseyn Cavadzadə gənclərin bir neçə gün ərzində keçirdikləri informativ aksiyalardan danışıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov sözügedən mövzunun aktuallığından söz açıb.

“ADDIM” Yaradıcı Gənclər Assosiasiyasının təsisçisi Ülkər Qasımova cari ilin son 10 ayı ərzində yol qəzalarında həlak olan insanların statistikasını xatırladıb və bildirib ki, sükan arxasında əyləşən hər bir insan öz həyatına, eyni zamanda digər vətəndaşların həyatına cavabdehlik daşıyır.

Tədbirin rəsmi hissəsindən sonra “Eurovision” qalibi Eldar Qasımovun iştirakı ilə bədii hissə baş tutub.

Layihə çərçivəsində Emin Ağalarovun Eldar üçün bəstələdiyi "İn your head " mahnısına yol təhlükəsizliyi mövzusunda çəkilən musiqi videosu ilk dəfə nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR