Bakıda avtomobildən xeyli miqdarda pul oğurlayan Bərdə rayon sakini tutulub

Bakıda avtomobildən xeyli miqdarda pul oğurlayan Bərdə rayon sakini tutulub
# 21 noyabr 2013 07:13 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda avtomobildən xeyli miqdarda pul oğurlayan Bərdə rayon sakini tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Anar Vəliyev şübhəli şəxs qismində saxlanılıb və ondan 0,320 qram heroin aşkar olunaraq götürülüb. Müəyyən olunub ki, o, avqustun 15-də Şərifzadə küçəsində Cəlilabad rayon sakini Nicat Əmirlinin mobil telefonunu danışmaq adı ilə alaraq qaytarmayıb, oktyabrın 22-də isə işlədiyi, D.Bünyadzadə küçəsində yerləşən avtoyuyucuda Bakı şəhər sakini Mirdamət Ağalarova məxsus «Mitsubisi» markalı avtomaşından 3500 manat oğurlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR