IDEA kampaniyası məktəblilərin diqqətini ətraf mühitin qorunmasına yönəldir - FOTOSESSİYA

IDEA kampaniyası məktəblilərin diqqətini ətraf mühitin qorunmasına yönəldir - <span style="color: red;">FOTOSESSİYA
# 05 oktyabr 2013 13:25 (UTC +04:00)
Bakı – APA. IDEA (International Dialogue for Environmental Action) kampaniyası məktəblilərin Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinə (AARC) ziyarətini təşkil edib. Tədbir hər il oktyabrın 4-də bir çox ölkələrdə Heyvanları Xilasetmə Gününün qeyd olunması ilə bağlı keçirilib.
IDEA-dan APA-ya bildirilib ki, 30-dan artıq məktəblinin iştirak etdiyi səfər in əsas məqsədi şagirdlərin diqqətini kimsəsiz heyvanların qayğısına yönəltmək, onları təbiətə, heyvanlara qarşı həssas davranmağa səsləmək, ən əsası isə gənclər arasında kimsəsiz, xəstə heyvanların yenidən təbii mühitə qayıtmasında birgə səyi formalaşdırmaqdan ibarətdir.
Mərkəzə ziyarət zamanı məktəblilər qurumun fəaliyyəti və iş prinsipi ilə yaxından tanış olub, klinikaya yerləşdirilən və xüsusi həkim müayinəsində olan heyvanların müalicəsi işi haqqında ətraflı məlumat alıblar.
«IDEA kampaniyası və AARC gəncləri daim kimsəsiz heyvanların qayğısına qalmağa, onları qorumağa səsləyir. Bu məqsədlə ölkəmizdə ekoloji maarifləndirmə və ətraf mühitə qayğı ilə əlaqədar bir çox layihələr həyata keçirən IDEA mütəmadi olaraq məktəblilərin Mərkəzə ziyarətini təşkil edir», - deyə təşkilatın məlumatında bildirilir.
Qeyd edək ki, IDEA kampaniyası ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən AARC Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR