Azərbaycan prezidenti Rumıniyanın keçmiş prezidenti Emil Konstantineskunu qəbul edib

 Azərbaycan prezidenti Rumıniyanın keçmiş prezidenti Emil Konstantineskunu qəbul edib
# 31 oktyabr 2013 15:47 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Rumıniya Respublikasının keçmiş prezidenti Emil Konstantineskunu qəbul edib.

APA-nın xəbərinə görə, Emil Konstantinesku yenidən Prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik edib.

Görüşdə dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış ictimai xadimlərin, görkəmli elm adamlarının iştirak etdikləri III Bakı Beynəlxalq Humanitar Forumun əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycan ilə Rumıniya arasında münasibətlərin müxtəlif sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, əməkdaşlığımızın gələcəkdə daha da möhkəmləndiriləcəyinə əminlik bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR