Azərbaycan Hərb Tarixi Muzeyində faşizm üzərində qələbənin 69-cu ildönümü münasibəti ilə tədbir keçirilib - FOTO

Azərbaycan Hərb Tarixi Muzeyində faşizm üzərində qələbənin 69-cu ildönümü münasibəti ilə tədbir keçirilib - <span style="color: red;">FOTO
# 07 may 2014 10:02 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Hərb Tarixi Muzeyində faşizm üzərində qələbənin 69-cu ildönümü, Sovet İttifaqı qəhrəmanları Bəhyəddin Mirzəyevin 100, Cəmil Əhmədov və Mikayıl Ələkbərovun anadan olmalarının 90 illiyi münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə müharibə veteranları, Azərbaycan Silahlı Qüvvələrinin zabitləri, həmçinin hərbi təhsil müəssisələrinin kursantları iştirak ediblər.

Tədbirdə əvvəlcə Hərb Tarixi Muzeyində çar Rusiyası ordusunda xidmət etmiş, azərbaycanlı vitse-admiral İbrahim bəy Aslanbəyovun rəssam tərəfindən çəkilmiş portretinin təqdimatı olub. Daha sonra çıxış edən Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Rüfət Əmirov azərbaycanlıların Böyük Vətən Müharibəsində rolundan danışıb. R. Əmirov bildirib ki, 1941-1945-ci illərdə döyüş əməliyyatlarında 800 minə yaxın azərbaycanlı iştirak edib. Onların böyük hissəsi döyüşlərdə həlak olub. Azərbaycan eyni zamanda arxa cəbhədə - Sovet Ordusunun təchizatında mühüm rol oynayıb.

Daha sonra çıxış edənlər azərbaycanlıların və adıçəkilən Sovet İttifaqı qəhrəmanlarının keçdikləri döyüş yolu barədə danışıblar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR