Əfqanıstanın şimalında güclü qar yağması nəticəsində ən azı 16 nəfər ölüb

Əfqanıstanın şimalında güclü qar yağması nəticəsində ən azı 16 nəfər ölüb
# 05 fevral 2014 19:34 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, dağ ərazilərində insanlar ətraf aləmdən təcrid olunublar, minlərlə heyvan tələf olub.

Yerli icra orqanları evakuasiya üçün imkanları olmadığını bildiriblər. Xilasedici əməliyyata Əfqanıstan ordusunun bölmələri cəlb edilib.

Yaxın günlərdə Əfqanıstanın şimalında yağıntılar davam edəcək. Bir sıra ərazilərdə temperatur mənfi 20 dərəcəyə qədər düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR