Azərbaycanda fəaliyyəti qadağan olunmuş təriqətlə məşğul olan şəxslər saxlanılıb

Azərbaycanda fəaliyyəti qadağan olunmuş təriqətlə məşğul olan şəxslər saxlanılıb
# 17 yanvar 2014 10:00 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda qanunla qadağan olunmuş təriqətlə məşğul olan 6 nəfər saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 15-də 5-ci mikrorayonun ərazisində yerləşən “Çempion” çay evində qanunla qadağan olunmuş təriqətlərdən birini təbliğ etdiklərinə görə şəhər sakinləri İlkin Bəşirov, Ələkbər Zeynalov, Samir Məmmədkərimov, Hamlet Talıbov, Əlinur Atayev, Rasim Bədəlov saxlanılıblar

R.Bədəlovun şəhərin 8-ci mikrorayon ərazisindəki yaşadığı mənzilə baxış zamanı “AK-74” markalı avtomat, 1 ədəd avtomat darağı, 2 “F-1” qumbarası və 22 ədəd patron aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR