Bakının mərkəzində baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO - VİDEO

Bakının mərkəzində baş verən yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 09 sentyabr 2013 09:28 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov APA-nın hadisə yerində olan əməkdaşına bildirib ki, yanğınla bağlı bildiriş onlara saat 11:11-də daxil olub. Dərhal hadisə yerinə 3 yanğınsöndürən çıxıb. Məlum olub ki, yanğın baş verən ərazi əvvəllər stomatoloji kabinet kimi fəaliyyət göstərib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Ə. Novruzov həmçinin qeyd edib ki, ilkin ehtimala görə, yanğının baş verməsinə qısaqapanma səbəb olub. Nəticədə tikili 30 kv/m sahədə yanıb, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində tikiliyə bitişik Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə məxsus Bakı Radio Yayım Qovşağının pəncərəsi 2 kv/m sahədə yanıb.

***

saat 11:29

Bakı. Fuad Cəfərov - APA. Bakının mərkəzində yaşayış evi yanır.

Fövqəladə Hallar Nazirliyinin Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, yanğın hadisəsi Süleyman Rəhimov küçəsi-195 ünvanında qeydə alınıb.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 102 xidmətinə Süleyman Rəhimov-195 ünvanında yaşayış evinin yanması ilə bağlı məlumat daxil olub.

Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR