Bakıda qlobal kibertəhlükəsizlik üzrə konfrans keçirilib - FOTOSESSİYA - VİDEO

Bakıda qlobal kibertəhlükəsizlik üzrə konfrans keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 02 dekabr 2013 14:29 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, tədbir Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Dünya Bankı (DB), Dünya İqtisadi Forumu (WEF) və «interpol»un dəstəyi ilə Azərbaycan hökuməti tərəfindən təşkil edilib.

Konfrans kibertəhlükəsizlik mövzusunun bütün aspektləri üzrə müzakirələrə yönəlib. Tədbir, həmçinin internet məkanında əhəmiyyətli informasiyaların qorunması və bu sahədə qabaqcıl təcrübənin mübadiləsini təmin və təşviq etmək məqsədi daşıyıb. Konfrans gələcək əməkdaşlığın perspektivlərini araşdırmaq üçün hökumət, biznes, qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndə və aparıcı mütəxəssislərini bir araya gətirib.

Konfransda çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, beynəlxalq konfransda 15 ölkə iştirak edir. Onun sözlərinə görə, bu konfransın keçirilməsinə məqsəd kiber hücumlara qarşı mübarizədə qlobal əməkdaşlıq aparmaqdır: «Azərbaycan bu sahədə mövcud olan problemlərin həllində maraqlıdır. Düşünürəm ki, kibertəhlükə ilə mübarizə sahəsində ümumi həll yolları müəyyənləşdirmək lazımdır».

ITU-nun baş katibi Hamadun Ture isə bildirib ki, bu gün dünyanın 1/3 hissəsi internetdən istifadə etmir. Onun sözlərinə görə, bu Beynəlxalq Telekommunikasiya İttifaqı üçün böyük çətinlikdir və bu çətinliklə birgə mübarizə aparmaq lazımdır: «İnternetdən istifadə edənlərin sayı nə qədər çoxdursa, internetə qoşulanların sayı artırsa, bu daha çox kiber təhlükə yaradır. Kibertəhlükəsizlikdən qorunmaq üçün hər kəs qarşılıqlı əməkdaşıq etməlidir. Bunun üçün ilk növbədə qarşılıqlı etimad və etiqad yaranmalıdır».

H.Ture deyib ki, bu qlobal narahatçılığa hamı birmənalı yanaşmalıdır və birgə fəaliyyət göstərməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR