Gəncədə tikilməkdə olan filarmoniya binasında quraşdırılan karkas çöküb, bir nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB - VİDEO

Gəncədə tikilməkdə olan filarmoniya binasında quraşdırılan karkas çöküb, bir nəfər xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 15 mart 2014 18:18 (UTC +04:00)

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, tibb ocağında daxil olan xəstəyə tibbi yardım göstərilib, onun vəziyyəti normaldır.

Qeyd edək ki, Gəncə Dövlət Filarmoniyasının şəhərin Cavadxan küçəsində yeni inşa olunan binasının üst mərtəbəsində taxtalardan qurulan karkas çöküb. Hadisə saat 17.30 radələrində qeydə alınıb.

****18.32

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində bədbəxt hadisə baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, Gəncə Dövlət Filarmoniyasının şəhərin Cavadxan küçəsində yeni inşa olunan binasının üst mərtəbəsində taxtalardan qurulan karkas çöküb. Hadisə saat 17.30 radələrində qeydə alınıb.

Nəticədə xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə təcili yardım maşınları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR