Hindistanda sərnişin avtobusu dərəyə yuvarlanıb, 27 nəfər ölüb

Hindistanda sərnişin avtobusu dərəyə yuvarlanıb, 27 nəfər ölüb
# 02 yanvar 2014 11:55 (UTC +04:00)

Bakı - APA. Bu gün Hindistanın Maxaraştra əyalətində Qərbi Qata dağında sərnişin avtobusu dərəyə yuvarlanıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, saat 10:30 radələrində baş verən hadisə nəticəsində 19-u qadın olmaqla ən azı 27 nəfər ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xəstəxanaya yerləşdirilənlərdən 3-nün vəziyyəti ağırdır. Sağ qalanlar arasında sürücü də var. Qəzanın sürücünün ötmə əməliyyatı zamanı sürəti artırması və idarəetməni itirməsi nəticəsində baş verdiyi ehtimal olunur. Sürücü həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR