Azərbaycan prezidenti Zimbabve xarici işlər nazirini qəbul edib - FOTO

Azərbaycan prezidenti Zimbabve xarici işlər nazirini qəbul edib - <span style="color: red;">FOTO
# 10 aprel 2014 11:03 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Zimbabve xarici işlər naziri Simbaraşe Mumbengegvini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Zimbabvenin xarici işlər nazirinin ölkəmizdəki görüşlərinin məhsuldar keçəcəyinə və səfərin Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin inkişafı ilə bağlı yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından önəmli olacağına inandığını bildirib.

S. Mumbengegvi Zimbabve prezidenti Robert Muqabenin salamlarını Azərbaycan prezidentinə çatdırıb. O, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

İlham Əliyev R.Muqabenin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Zimbabve dövlət başçısına çatdırmağı xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR