Oktyabrda Azərbaycanda avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə daxilolmalar artıb

 Oktyabrda Azərbaycanda avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə daxilolmalar artıb
# 04 noyabr 2013 13:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycanda 125 352 sayda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan «APA-Economics»ə verilən məlumata görə, bunların 22 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan icbari sığorta müqavilələri təşkil edib. Bu, «İcbari sığortalar haqqında» qanunun tətbiqinə başlanıldığı vaxtdan etibarən müşahidə olunan ən yüksək aylıq göstəricidir.

Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə ümumilikdə 10,3 mln. manatdan çox olub. Bu ilin sentyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayı 77%, 2012-ci ilin oktyabr ayı ilə müqayisədə isə 14% artıb.

Bu ilin oktyabr ayında orta sığorta haqqı 82,4 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR