Müdafiə Nazirliyi: Şahin Sultanovun rütbəsinin endirilməsi barədə məlumatlar həqiqətə uyğun deyil

Müdafiə Nazirliyi: Şahin Sultanovun rütbəsinin endirilməsi barədə məlumatlar həqiqətə uyğun deyil
# 18 aprel 2014 12:31 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mətbuatda Ş. Sultanovun rütbəsinin iki pillə aşağı salınması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Xatırladaq ki, bu gün bir sıra KİV-də Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Ş. Sultanovun rütbəsinin iki pillə endirilməsi barədə məlumatlar yayılıb.

Qeyd edək ki, Ş. Sultanov bu ilin martında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR