Bakıda CAREC proqramı çərçivəsində Gömrük Əməkdaşlıq Komitəsinin texniki yardım üzrə ilk seminarı keçirilib - FOTOSESSİYA - VİDEO

Bakıda CAREC proqramı çərçivəsində Gömrük Əməkdaşlıq Komitəsinin texniki yardım üzrə ilk seminarı keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 07 aprel 2014 08:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində Gömrük Əməkdaşlıq Komitəsinin texniki yardım üzrə birinci seminarı təşkil olunub.

APA-Economics”in məlumatına görə, 11 ölkədən nümayəndələrin iştirak etdiyi beynəlxalq seminar 2 gün davam edəcək.

Seminarda Yaponiyanın Yoxsulluğun Azaldılması üzrə Fondu tərəfindən maliyyələşən regional texniki dəstək layihələrin, o cümlədən bu il ərzində layihə çərçivəsində görüləcək işlər və 2015-ci il üçün nəzərdə tutulan mövzuların müzakirəsi nəzərdə tutulub.

Azərbaycan Dövlət gömrük komitəsinin sədri Aydın Əliyev seminarda giriş sözü ilə çıxış edərək bildirib ki, bu seminarın təşkil olunmasında məqsəd regional gömrük əməkdaşlığı sahəsində planın tərtib olunmasıdır. Onun sözlərinə görə, bu seminar CAREC ölkələrinin gömrük kadrların peşəkarlığının artırılması və hazırlanması ilə bağlıdır: “Gömrük kadrlarının hazırlanması və peşəkarlarının artırılması vacib və mühüm məsələdir. Bugünkü seminar da bu işdə yardımçı olacaq”.

A. Əliyev Azərbaycanın son illər dünyada və regionda əldə etdiyi uğurlar sahəsində danışıb. O, gömrük sahəsində Azərbaycanın həyata keçirdiyi regional tədbirlər və islahatlarla bağlı qonaqlara ətraflı məlumat verib.

Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olli Noroyono (Olly Norojono) AİB-in CAREC proqramı çərçivəsində Gömrük Əməkdaşlıq Komitəsi ilə əməkdaşlıqdan danışıb. O bildirib ki, bu cür tədbir və seminarların təşkili ölkələr arasında gömrük sahəsində əməkdaşlığa öz töhfəsini verəcək.

Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi isə bildirib ki, CAREC ölkələrinin böyük ticarət potensialı mövcuddur: “Bu ölkələr arasında ticarət əlaqələrinin genişlənməsi, gömrük sahəsində də əməkdaşlığın inkişaf etdirilməsini zəruri edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR