Evində yatıb qalmış 13 yaşlı Bakı sakini xilas edilib - FOTO - VİDEO

Evində yatıb qalmış 13 yaşlı Bakı sakini xilas edilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 20 sentyabr 2013 22:06 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Xətai rayonu, Koroğlu Rəhimov 4, mənzil 33 ünvanında yatıb qalan 13 yaşlı Nicat Umudov xilas edilib. APA-nın məlumatına görə, N.Umudovun anası dərhal 102 xidmətinə məlumat verib və müvafiq qurumlar məlumatlandırılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri, təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb edilib. Xilasedicilər 9-cu mərtəbənin eyvanından 8-cı mərtəbədəki mənzilə enib və xüsusi alətlər vasitəsi mənzilin qapısını açmağa müvəffəq olub. Nicat Umudov yuxudan oyadılaraq valideynlərinə təhvil verilib.

Hadisə yerinə çağırılan təcili yardım briqadası xilas edilən Nicat Umudova ilk yardım göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR