Təcridxanaya konfetin içərisində narkotik vasitə keçirilməsinin qarşısı alınıb - FOTO

Təcridxanaya konfetin içərisində narkotik vasitə keçirilməsinin qarşısı alınıb - <span style="color: red;">FOTO
# 17 iyun 2014 07:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq Təcridxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada saxlanılan, Cinayət Məcəlləsinin 181.2.5, 120.2.11 maddələrinə əsasən həbs edilmiş şəxs Elvin Əlisafa oğlu Babayevə tanışları vətəndaş Şəmsəddin Dilavəddin oğlu Babayev və vətəndaş Fərid Hidayət oğlu Mustafayevin gətirdikləri sovqata baxış keçirilən zaman konfetlərin içərisinə xüsusi üsulla yerləşdirilmiş xalis çəkisi 5.460 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR