Azərbaycan atçılıq yarışları ilə bağlı baytarlıq təhlükəsizliyinin təmin edilməsi işini gücləndirir - FOTO

Azərbaycan atçılıq yarışları ilə bağlı baytarlıq təhlükəsizliyinin təmin edilməsi işini gücləndirir - <span style="color: red;">FOTO
# 07 fevral 2014 12:59 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Bakıda səfərdə olan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Avropa Nümayəndəliyinin rəhbəri Kazimiras Lukauskas ilə görüş keçirib.

Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı Nazirlik ilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri, o cümlədən Azərbaycanda keçirilməsi planlaşdırılan atçılıq yarışları ilə bağlı baytarlıq baxımından təhlükəsizliyin təmin edilməsi üçün birgə fəaliyyət istiqamətləri müzakirə olunub.

Görüş zamanı, həmçinin baytarlıq üzrə milli qanunvericiliyin təkmilləşdirilməsi sahəsində təşkilat tərəfindən texniki dəstəyin göstərilməsi və heyvanların identifikasiyası sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı heyvanların sağlamlığı sahəsində ixtisaslaşan beynəlxalq hökumətlərarası təşkilatdır və hazırda 178 ölkə bu təşkilatın üzvüdür. Azərbaycan təşkilata 1995-ci ildə üzv olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR