Bakıda I Azərbaycan - Türkiyə nefroloji konfransı keçirilir - FOTO

Bakıda I Azərbaycan - Türkiyə nefroloji konfransı keçirilir - <span style="color: red;">FOTO
# 29 noyabr 2013 09:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Bakıda I Azərbaycan - Türkiyə nefroloji konfransı işə başlayıb. APA-nın xəbərinə görə, 2 gün davam edəcək konfransda ATU-nun rektoru, millət vəkili Əhliman Əmiraslanov, habelə Türkiyə və Azərbaycanın bu sahədə tanınmış mütəxəssisləri iştirak edir. Tədbirdə çıxış edən Ə.Əmiraslanov bildirib ki, konfransın keçirilməsində məqsəd Azərbaycan və Türkiyə nefroloqları arasında həm elmi, həm də təcrübə əlaqələrini inkişaf etdirməkdir. O qeyd edib ki, Türkiyə ilə keçirilən konfranslara Azərbaycanda böyük diqqət yetirilir. Onun sözlərinə görə, konfrans zamanı müvafiq sahədə tanınmış mütəxəssislər bir-birləri ilə tanış olur, onlar arasında müəyyən əlaqələr yaranır: “Bizim üçün nefroloji konfransın keçirilməsi çox vacib idi. Əvvəllər ölkədə hemodializli xəstələrin müalicə olunmasına imkan yox idi. Amma bu gün dövlət başçısının diqqəti nəticəsində paytaxtda və regionlarda dializ mərkəzləri açılıb. Bu xəstələrin hamısı da olmasa 90%-i burada müalicə alır”.

Ə. Əmiraslanov deyib ki, Azərbaycanda nefrologiya sahəsində ixtisaslı mütəxəssislərə böyük ehtiyac var. Onun sözlərinə görə, nefroloji xəstələrin müalicəsi üçün lazımi texniki avadanlıq olsa da, onları istifadə etməyə kadr potensialı yoxdur. Rektor qeyd edib ki, hazırda bu sahədə universitetdə rezidenturada lazımi mütəxəssislər hazırlanır”.

Türk Nefroloji Dərnəyinin sədri Gültəkin Süleymanlar da belə konfransın keçirilməsinin hər iki dövlətin səhiyyə sahəsində mühüm əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, I Azərbaycan-Türkiyə nefroloji konfransı da gələcəkdə mütəxəssislər arasında əlaqələrin genişlənməsi, təcrübə biliklərinin paylaşılması üçün mühüm əlavə imkanlar yaradacaq.

Tədbirin davamında azərbaycanlı və türkiyəli mütəxəssislərin məruzələri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR