Yaponiya səfirliyi Hacıqabulda tibb məntəqəsi açıb

Yaponiya səfirliyi Hacıqabulda tibb məntəqəsi açıb
# 13 mart 2014 16:40 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Yaponiya səfirliyi qrant layihəsi çərçivəsində Hacıqabulda tibb məntəqəsi açıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, Yaponiyanın “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Hacıqabul rayonunun Nəvahi kəndində həkim tibb məntəqəsi istifadəyə verilib.

Layihənin əsas məqsədi Nəvahi kənd sakinlərinin tibbi xidmətə olan ehtiyacını ödəmək və tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaqdır. Layihədən 5 mindən çox sakin faydalanacaq.

Açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi və Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov çıxış edərək iki ölkə arasında olan dostluq əlaqələrindən danışıblar. Bu vaxta qədər Hacıqabul rayonu üzrə hazırkı layihə də daxil olmaqla 3 layihə reallaşdırılıb. Layihə çərçivəsində Kürsülü kəndində məktəb və Abdulabad kəndində tibb məntəqəsi istifadəyə verilib.

Qeyd edək ki, Yaponiyanın Azərbaycana ayırdığı rəsmi yardım kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR