İtaliyanın Azərbaycandakı səfiri ADU-da olub - FOTO

İtaliyanın Azərbaycandakı səfiri ADU-da olub - <span style="color: red;">FOTO
# 17 oktyabr 2013 16:49 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Giampaolo Cutillonu qəbul edib.

ADU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonağı salamlayan rektor onu ADU-da görməkdən məmnunluğunu bildirib.

İtaliya universitetləri ilə əməkdaşlıqdan söz açan S.Seyidov bu əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. O, “Tempus” layihəsində ADU-nun İtaliyanın Milan Tərcüməçilik İnstitutu ilə tərəfdaşlıq etdiyini qonağın diqqətinə çatdırıb. Rektor ADU-nun eyni zamanda İtaliyanın Peruca, Bolonya, Siyena, Venesiya universitetləri ilə də əməkdaşlıq etdiyini bildirib. O, universitetdə italyan və ispan dillərinin uğurla tədris olunduğunu və bu dillərə tələbələrin maraq göstərdiyini vurğulayıb.

İtaliyanın Azərbaycandakı səfiri Giampaolo Cutillonu səmimi qəbula görə təşəkkür edib və ADU-ya İtaliyan dili həftəsi ilə əlaqədar keçiriləcək tədbirdə iştirak etmək üçün gəldiyini qeyd edib. Səfir ADU-da italyan dilinin tədrisinin yüksək qiymətləndirib və İtaliya universitetləri ilə əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, universitetlərarası əlaqələrin inkişaf etdirilməsi, birgə tədbirlərin keçirilməsi, tələbə-müəllim mübadiləsi haqqında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra səfir ADU-nun Tərcümə fakültəsinin İtalyan dili ixtisasında təhsil alan tələbələrlə də görüşüb, tələbələrin ifasında müxtəlif səhnəciklərə və rəqslərə tamaşa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR