QDİƏT ölkələrinin QHT Forumu Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək

QDİƏT ölkələrinin QHT Forumu Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək
# 04 oktyabr 2013 10:09 (UTC +04:00)

Bakı – APA. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ölkələrinin qeyri-hökumət təşkilatları (QHT) Forumu Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkilərini izləmək üçün müşahidəçi missiyası göndərəcək.

Təşkilatın beynəlxalq katibliyindən APA-ya verilən məlumata görə, bu məqsədlə Foruma daxil olan üzv ölkələrin nüfuzlu QHT-nin nümayəndələri oktyabrın 8-dən 10-dək Azərbaycanda səfərdə olacaqlar.

Onlar Bakı şəhəri ərazisində yerləşən çoxsaylı seçki məntəqəsində seçki prosesinin gedişini müşahidə edəcək, eyni zamanda seçki subyektləri ilə görüşəcəklər. Forumun müşahidəçi qrupu seçkidən öncə və sonra KİV üçün mətbuat konfransı keçirəcək.

Xatırladaq ki, QDİƏT ölkələrinin QHT Forumu 2012-ci ildə yaradılıb, quruma 11 ölkədən çox sayda QHT daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR