Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının toplantısı keçiriləcək

Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının toplantısı keçiriləcək
# 06 dekabr 2013 14:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dekabrın 10-11-də Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının III toplantısı keçiriləcək.

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən «APA-Economics»ə verilən məlumata görə, həmin vaxt Səudiyyə Ərəbistanı Baş İnvestisiya İdarəsi sədrinin başçılıq etdiyi hökumət və özəl qurumları təmsil edən, 75 nəfərlik nümayəndə heyəti Azərbaycana səfər edəcək. Onlar azərbaycanlı həmkarları ilə ticarət, investisiya, energetika, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlıq məsələləri və onların inkişaf perspektivlərini müzakirə edəcəklər.

Bundan əlavə, ikitərəfli əlaqələrin inkişaf yollarını müzakirə etmək üçün komissiyanın toplantısı çərçivəsində iş adamları arasında biznes forum keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR