Əli Əsgər Sultaniyə: “İran AEBA ilə əməkdaşlıq etməyə hazırdır”

Əli Əsgər Sultaniyə: “İran AEBA ilə əməkdaşlıq etməyə hazırdır”
# 06 iyun 2013 09:05 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlıq etməyə hazırdır”. APA-nın məlumatına görə, bunu İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyə Vyanada keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İran bu məsələdə hansısa şərti qəbul edə bilməz: “Mən AEBA-nın icraçı direktoru Yukiya Amano ilə razıyam. İranla agentlik arasında keçirilən müzakirələr nəticəsiz qalıb”.

Ə.Sultaniyə İranın sülh məqsədli nüvə fəaliyyətləri ilə bağlı gündəmə gətirilən iddialara da toxunub: “On ildir İranla AEBA arasında müzakirələr aparılır. Qərb ölkələri də indiyədək İranın məqsədlərindən kənara çıxdığına dair ən kiçik bir dəlil və sənəd belə əldə edə bilməyiblər. Ancaq buna baxmayaraq, bəzi ölkələr hələ də öz radikal mövqelərini davam etdirmədə israrlıdırlar və illərdir eyni şeyi təkrarlayırlar”.

Səfir Qərb dövlətlərini İrana qarşı düşməncə rəftarlarından imtina etməyə, hadisələri və təşkilatı daha çox siyasiləşdirməməyə çağırıb.

Ə.Sultaniyə AEBA-nın Tehranın şərqində yerləşən Parçin hərbi-sənaye kompleksində yenidən yoxlama aparmaq tələbinə də cavab verib: “Bu istək çərçivə sazişinə uyğun olarsa, agentliklə bu mövzunu müzakirə edə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR