Avropa Birliyinin Azərbaycandakı səfiri “ASAN Xidmət”ə baş çəkib

Avropa Birliyinin Azərbaycandakı səfiri “ASAN Xidmət”ə baş çəkib
# 24 aprel 2014 14:49 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Avropa Birliyinin Azərbaycandakı səfiri Malena Mard “ASAN Xidmət” mərkəzinə baş çəkib. AB-nin Bakıdakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, AB “ASAN Xidmət”in korporativ strukturunu, insan resurslarının idarə olunması standartlarını təkmilləşdirmək məqsədilə həyata keçirilən layihəni dəstəkləyib və İSO sertifikatının alınmasında ona dəstək olub.

Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Malena Marda “ASAN Xidmət”in iş prinsipləri və qazandığı nailiyyətlər barədə məlumat verib. Tərəflər bütün xidmətlərin daha da asanlaşdırılmasının vacibliyini, eləcə də elektron xidmətlərin və digər sahələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

M. Mard qeyd edib ki, AB “ASAN Xidmət”lə əməkdaşlıq edən ilk beynəlxalq tərəfdaşlardan biri olmaqdan qürur duyur və gələcək əməkdaşlığın inkişafına ümid edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR