Bakıda oğurluqla məşğul olan Qazaxıstan vətəndaşı həbs edilib

Bakıda oğurluqla məşğul olan Qazaxıstan vətəndaşı həbs edilib
# 30 oktyabr 2013 11:35 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda oğurluqla məşğul olan Qazaxıstan vətəndaşı həbs edilib. Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da Sevinc İbrahimovaya məxsus 250 manat və 2 ədəd mobil telefonu oğurlayan Qazaxıstan vətəndaşı Nurgül Basinova həbs edilib.

Onun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində Quliyeva Yekaterinanın 121 manat, Günel Yetimovanın isə 55 manat pulunu və şəxsi sənədlərini oğurlaması da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR