Çempionlar Liqasının final matçının hakimləri müəyyənləşib

Çempionlar Liqasının final matçının hakimləri müəyyənləşib
# 07 may 2014 11:34 (UTC +04:00)

Bakı – APA. Çempionlar Liqasının final oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mayın 24-də İspaniya təmsilçiləri “Real” və “Atletiko” arasında keçiriləcək qarşılaşmanı hollandiyalı Byorn Kuypers idarə edəcək.

Portuqaliyanın paytaxtı Lissabondakı görüşdə FİFA referisinə həmyerliləri kömək edəcək. Qarşılaşmanın yan xətt hakimləri Sander van Rukel və Ervin Zeynstra olacaq.

UEFA qarşılaşmanın 4-cü hakimi kimi türkiyəli Cüneyt Çakıra təyinat göndərib. Əlavə hakim köməkçiləri də Hollandiyadan olacaq. Bunlar Pol van Bukel və Riçard Lizveltdir. Onların daha bir həmyerlisi Ancelo Boonman isə Madrid derbisində ehtiyat hakim olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR