TQDK sədri: “BDU-da magistraturaya qəbul olanlardan heç 1%-i qeydiyyatdan keçməyib”

TQDK sədri: “BDU-da magistraturaya qəbul olanlardan heç 1%-i qeydiyyatdan keçməyib”
# 27 iyun 2014 09:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Ali məktəblərin magistraturalarına qəbul olanların qeydiyyat prosesi başlayıb. Lakin təəssüflər olsun ki, hələ də elə ali məktəblər var ki, orada heç 0% magistrlər qeydiyyatdan keçməyib”. APA-nın xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, qeydiyyat prosesi təxminən 2-3 gündür davam edir. TQDK sədri qeyd edib ki, magistrlərin qeydiyyatı prosesi iyulun 10-dək davam edəcək və bu müddətdə qeydiyyatdan keçməyənlərin yeri boş yerlər kimi qeydə alınacaq və yenidən elan olunacaq: “Bu vaxta kimi Bakı Dövlət Universitetində magistraturaya qəbul olunan 630 nəfərdən yalnız 5 nəfər keçib ki, bu da heç 1% etmir. Yalnız Azərbaycan Texniki Universitetindən 11% qeydiyyatdan keçib. Belə ki, orada magistraturaya qəbul olan 200 nəfərdən 26 nəfəri qeydiyyatdan keçib və bu da aşağı rəqəmlərdir. Magistrlərin ali məktəblərdəki qeydiyyatı iyulun 5-də başa çatır və bu müddət ərzində magistrlər ali məktəblərə qeydiyyat üçün müraciət etməlidirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR