Silahlı Qüvvələrin yaradılmasının 96 illiyi münasibətilə Gəncədəki hərbi hissədə tədbir keçirilib - FOTO

Silahlı Qüvvələrin yaradılmasının 96 illiyi münasibətilə Gəncədəki hərbi hissədə tədbir keçirilib - <span style="color: red;">FOTO
# 26 iyun 2014 10:46 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Silahlı Qüvvələrinin yaradılmasının 96 illiyi münasibətilə Gəncədəki “N” saylı hərbi hissədə təntənəli tədbir keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, İcra Hakimiyyətinin məsul işçiləri, yüksək rütbəli zabitlər və əsgərlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını salamlayaraq, zabit və əsgərləri bayram münasibətilə təbrik edib, doğma Vətənə şərəfli xidmətlərində uğurlar arzulayıb.

E. Vəliyev qeyd edib ki, bu bayram bütün Azərbaycan xalqının bayramıdır. Güclü ordu müstəqil və suveren dövlətimizin möhkəm dayağıdır.

Hərbi hissənin komandiri çıxışında Azərbaycanın güclü ordu ənənələrinin olduğunu, Azərbaycan ordusunun nizam-intizamına, təhsilinə, təchizatına görə öndə olduğunu, orduya ayrılan vəsaitin ildən-ilə artdığını, ordunun bu gün ən müasir texnika, silahlarla təmin edildiyini, hərbi çağırış, sosial təminat və digər məsələlərlə bağlı qanunların mütəmadi olaraq, təkmilləşdirildiyini diqqətə çatdırıb.

Orduya, hərbi kadrlara, əsgər və zabitlərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirib. G

Daha sonra tədbir Gəncə Dövlət Filarmoniyasının və “Göygöl” Dövlət mahnı və rəqs ansamblının konsert proqramı davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR