“Quş qripi” ilə bağlı növbəti monitorinq başlanıb

“Quş qripi” ilə bağlı növbəti monitorinq başlanıb
# 07 aprel 2014 08:04 (UTC +04:00)

Bakı – APA. “Quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir. DBX-dən APA-ya verilən xəbərə görə, aprelin 7-dən növbəti monitorinq başlanıb. Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.

Monitorinq köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dənizsahili zonalarında və digər ərazilərdə keçirilir. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi planlaşdırılıb.

Ölkə ərazisində köçəri və ev quşlarına görə başlanan monitorinqin nəticələri aprelin 18-də ictimaiyyət üçün açıqlanacaq.

Qeyd edək ki, hazırda “quş qripi” xəstəliyinə görə Azərbaycanda epizootik vəziyyət sabitdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR