Lənkəranda ağacəkmə kampaniyası keçirilir - FOTO

Lənkəranda ağacəkmə kampaniyası keçirilir  - <span style="color: red;">FOTO
# 31 oktyabr 2013 00:46 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində yaşıllaşdırma aylığına start verilib. APA-nın cənub bürosunun verdiyi məlumata görə, oktyabrın 30-da keçirilən ümumrayon iməcliyi zamanı 6000-ə yaxın müxtəlif növ agac əkilib.

Hava şəraitinin imkan verdiyi bütün günlərdə agac əkinlərinin keçirilməsi nəzərdə tutulub.

Əkilən ağaclar əsasən Lənkəran rayonunun yerli şəraitinə uyğun olaraq yetişdirilib. Ümumilikdə Lənkəranda yaşıllaşdırma aylığı çərçivəsində 50 minə yaxın agacın əkilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR