FHN Xırdalanda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB 3 - FOTO - VİDEO

FHN Xırdalanda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb - <span style="color: red;">YENİLƏNİB 3 - FOTO  - <span style="color: red;">VİDEO
# 11 dekabr 2013 21:56 (UTC +04:00)

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 864 kv.m olan çoxmərtəbəli yaşayış binasında baş verib. Nəticədə, binanın 6-13-cü mərtəbələr arası şaxtadan keçən elektrik kabelləri 21 p.m, 13-cü mərtəbədə (mansarda) yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 3 otaqlı mənzilin və binanın çardağının yanar konstruksiyaları yanıb. Dərhal FHN-in yanğınsöndürənləri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Yanğın zamanı aparılmış xilasetmə əməliyyatları nəticəsində binanın qalan hissəsi yanğından mühafizə olunub, ümumilikdə 4 nəfər xilas edilib, 22 nəfər isə təhlükəsiz məsafəyə təxliyə olunub. Eyni zamanda müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Saat 19:26-da yanğının qarşısı alındıqdan sonra xilasedicilər yanğın baş vermiş əraziyə yenidən baxış keçirib və köməyə ehtiyacı olan insan faktorunun olmadığını müəyyən ediblər.

Əməliyyat saat 19:51-də başa çatıb.

****19.56

Bakı. Natiq Qədimov – APA. Xırdalanda 13 mərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. APA-nın məlumatına görə, yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb. Hazırda binanın çardaq hissəsində tüstülənən hissələrə su vurulur, yanğın-kəşfiyyat işləri aparılır. Bəzi məlumatlara görə, binanın yuxarı mərtəbəsində 3 mənzilə ciddi ziyan dəyib.

Yanğının başvermə səbəbləri araşdırılır.

***

saat 18.58

Bakı. Hafiz Heydərov - APA. Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən yanğınla bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində 13 mərtəbəli yaşayış binasının çardağında yanğın baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları hadisə yerinə cəlb edilib. Hazırda binanın çardağının yanar konstruksiyaları yanmaqda davam edir. Nazirliyin xilasediciləri vətəndaşları təhlükəsiz əraziyə təxliyə edir və təhlükəsizlik tədbirləri görürlər. Xəsarət alanlar barəsində məlumat yoxdur.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Saat 18.05

Bakı. Fuad Cəfərov - APA. Xırdalanda baş verən yanğının miqyası böyüyür.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Abşeron Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb edilib. Güclü külək nəticəsində yanğın binanın dam örtüyünə keçib. Hazırda binada yaşayan sakinlər evakuasiya edilir. Yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

***

Saat 17:52

Bakı. Hafiz Heydərov - APA. Xırdalanda yaşayış binası yanır.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhəri, 28-ci məhəllədə çoxmərtəbəli yaşayış binasının şaxtasında meydana gəlib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb olunublar.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR