Prezident bir sıra birinci instansiya məhkəmələrinin hakim və sədrlərini təyin edib

Prezident bir sıra birinci instansiya məhkəmələrinin hakim və sədrlərini təyin edib
# 01 noyabr 2013 22:41 (UTC +04:00)

Bakı-APA. Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələrinin hakim və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncama əsasən Ceyhun Rasim oğlu Əhmədov Gədəbəy Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.

Məhərrəm Ələkbər oğlu Allahverdiyev Qazax Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri, Hilal İsmayıl oğlu Xəlilov isə Masallı Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR