Təhsil naziri: “Ali məktəblərdə “Sabah” qrupları yaradılacaq”

Təhsil naziri: “Ali məktəblərdə “Sabah” qrupları yaradılacaq”
# 14 dekabr 2013 07:50 (UTC +04:00)

Bakı. K. Kamilqızı, R. Mikayıloğlu - APA. “Növbəti ildən başlayaraq ali təhsil müəssisələrində “Sabah” şərti adı altında qrupların təşkil olunması üçün seçimlər aparılacaq”. APA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Müəllimlərinin XİV Qurultayında təhsil naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, “Sabah” şərti qrupları təhsildə fərqlənən tələbələrdən təşkil olunacaq. Məqsəd bu tələbələr üçün daha əlverişli şərait yaratmaqdan ibarətdir. Təhsil naziri istedadlı gənclərin Azərbaycanın sabahı, elitası olacağını qeyd edib və bu gənclərin diqqət mərkəzində saxlanılmasını zəruri sayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR