Bu ilin beş ayı ərzində 951 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin edilib

Bu ilin beş ayı ərzində 951 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin edilib
# 16 dekabr 2013 11:38 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu ilin iyul-noyabr ayları ərzində Azərbaycanda yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı sistemi ilə 951 nəfərə pensiya təyin edilib.

Dövlət Sosial Müdafiə Fondundan “APA-Economics”ə verilən məlumata görə, bu ilin dekabrın 11-nə olan statistikaya əsasən, təyinat aparılan 951 nəfərin 262-si Bakı şəhərində, 689 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlar olub.

Xatırladaq ki, Azərbaycanda beynəlxalq praktikada ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına bu il iyulun 11-də başlanılıb.

Yaşa görə əmək pensiyası hüququna malik olan hər bir vətəndaş “190-0 Çağrı Mərkəzi”nə zəng vuraraq hər hansı sənəd toplamadan real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilir. Əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR