Bolqarıstan prezidenti Azərbaycan dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib

Bolqarıstan prezidenti Azərbaycan dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib
# 25 dekabr 2013 11:45 (UTC +04:00)

APA-nın məlumatına görə, məktubda deyilir: “Xahiş edirəm, doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Sizin siyasət və dövlət xadimi təcrübənizi, həmçinin Azərbaycanın inkişafı və beynəlxalq nüfuzunun möhkəmlənməsi sahəsində yorulmaz fəaliyyətinizi çox yüksək qiymətləndirirəm.

Bolqarıstanla Azərbaycan arasında əlaqələrin bundan sonra da qarşılıqlı maraq doğuran bütün sahələrdə yüksələn xətlə inkişaf edəcəyinə əminəm. Yüksək səviyyəli siyasi dialoqumuzun davam etməsi, ölkələrimizin və xalqlarımızın rifahı naminə iqtisadi əməkdaşlığımızın dərinləşməsi üçün Sizinlə birgə işləməyə hazıram.

Sizə möhkəm cansağlığı, rifah və ali dövləti vəzifənizdə daha böyük uğurlar arzu edirəm. Cənab Prezident, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin”.

Monakonun Knyazı II Albert, 1994-2005-ci illərdə Ukraynanın prezidenti olmuş Leonid Kuçma, ABŞ konqresmenləri Al Qrin, Eddi Bernis Conson, ABŞ-ın Nyu-Meksiko ştatının xəzinədarı Ceyms B. Levis, Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin sədri Ruslan Edelgeriyev, Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri Taymuraz Mamsurov, Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunov da Azərbaycan prezidentinə doğum günü münasibətilə təbrik ünvanlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR