Azərbaycan XİN: Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması haqqında qanun layihəsinin Ermənistan parlamentində müzakirəsi sülh prosesinin pozulmasına yönəlib

Azərbaycan XİN: Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması haqqında qanun layihəsinin Ermənistan parlamentində müzakirəsi sülh prosesinin pozulmasına yönəlib
# 12 noyabr 2013 08:41 (UTC +04:00)

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, bu məsələnin Ermənistan parlamentində müzakirəyə çıxarılması təxribatdır: “Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi sayır”.

Xatırladaq ki, Ermənistan parlamentinin sədri Ovik Abramyan Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını nəzərdə tutan qanun layihəsinin noyabrın 12-də keçiriləcək növbədənkənar sessiyada müzakirə olunacağını açıqlayıb. Qanun layihəsi müxalifətdəki “İrs” Partiyası tərəfindən hazırlanıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR