Türkiyə mətbuatında Ərdoğan hökumətində yer alacağı gözlənilən yeni nazirlərin adları açıqlanıb

Türkiyə mətbuatında Ərdoğan hökumətində yer alacağı gözlənilən yeni nazirlərin adları açıqlanıb
# 25 dekabr 2013 18:34 (UTC +04:00)

Bakı-APA. Türkiyə mətbuatında AKP hökumətində yer alacağı ehtimal olunan şəxslərin adları açıqlanıb. APA-nın DHA-ya istinadən verdiyi məlumata görə, “Yeni Şafak” qəzeti baş nazir Rəcəb Tayyib Ərdoğanın prezident Abdullah Gülə təqdim etməyə hazırlaşdığı siyahıdan yazıb.

Daxili işlər naziri - Efkan Ala

İqtisadiyyat naziri - Numan Kurtulmuş

Ədliyyə naziri - Mustafa Şentop

Nəqliyyat naziri - İsmet Yılmaz

Avropa Birliyi məsələləri üzrə nazir - Ömer Çelik

Mədəniyyət və turizm naziri - Mahir Ünal

Müdafiə naziri - Alpaslan Kavaklıoğlu

Onu da qeyd edək ki, baş nazirin prezidentlə axşam saatlarında planlaşdırılan görüşü naməlum səbəblərdən təxirə salınıb. Həmin görüşdə R.T. Ərdoğanın A.Gülə sözügedən siyahını təqdim edəcəyi gözlənilirdi. Bunun əvəzinə Ərdoğanın əyalət başçılarının iştirakı ilə genişləndirilmiş toplantı keçirdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR