Ərtoğrul Günay: “Zülmü alqışlaya, zalımı sevə bilmərəm” - İSTEFALAR! - VİDEO

<b>Ərtoğrul Günay: “Zülmü alqışlaya, zalımı sevə bilmərəm”  - <span style="color: red;">İSTEFALAR! </b> - <span style="color: red;">VİDEO
# 27 dekabr 2013 17:17 (UTC +04:00)

Türkiyə Apellyasiya Məhkəməsi polislərin hər hansı əməliyyat keçirməzdən əvvəl polis rəisi, vali və prokurorlardan icazə almalı olduğuna dair verilmiş qərarın icrasını dayandırıb. Ötən həftə İstanbul şəhər baş prokurorluğunun korrupsiya və rüşvət qalmaqalı ilə bağlı keçirdiyi əməliyyatlardan sonra Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin idarəetmə prosedurunda dəyişiklik edilmişdi. Dəyişikliyə əsasən, polislərin qeyd olunan qurumlardan icazəsiz əməliyyat keçirməsinə qadağa qoyulmuşdu. Apellyasiya Məhkəməsi Konstitusiyada təsbit edilmiş hakimiyyətinə bölünməsi prinsipinə zidd olduğunu əsas gətirərək qoyulan qadağanı ləğv edib.

Bu gün hakim Ədalət və İnkişaf Partiyasından daha üç millət vəkili istefa verib. İstefa verən şəxslər bir gün əvvəl haqlarında partiyanın nəzarət-təftiş komissiyasına təqdimat göndərilən sabiq mədəniyyət və turizm naziri Ərtoğrul Günay, Erdal Kalkan və Haluk Özdalğadır. Ərtoğrul Günay keçirdiyi mətbuat konfransında korrupsiyaya bulaşmış bir partiyada təmsil olunmaq istəmədiyini deyib. O bildirib ki, zülmü alqışlaya, zalımı sevə bilməz.

Türkiyə Silahlı Qüvvələri də nəhayət baş verən proseslərə münasibət bildirib. TSK Baş Qərargahının yaydığı açıqlama qeyd olunur ki, ordunun baş verən proseslərdə gizli iştirakına dair mətbuatda gedən məlumatlar yalandır və Türkiyə Silahlı Qüvvələri siyasətə qarışmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR