Baham adaları yaxınlığında qayıq batıb, 10 nəfər ölüb

Baham adaları yaxınlığında qayıq batıb, 10 nəfər ölüb
# 26 noyabr 2013 21:20 (UTC +04:00)

Bakı – APA. Noyabrın 26-da Baham adaları yaxınlığında göyərtəsində Haitili qanunsuz mühacirlərin olduğu qayıq batıb.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 10 nəfər ölüb, daha 100 nəfər isə suda qalıb.

Qəza Eksuma arxipelaqının yaxınlığında baş verib. Birgə axtarış-xilas əməliyyatında ABŞ-ın sahil mühafizə bölmələri və Baham hərbçiləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR