Rusiyada 27 yaşlı azərbaycanlı narkobaron həbs olundu - VİDEO

Rusiyada 27 yaşlı azərbaycanlı narkobaron həbs olundu - <span style="color: red;">VİDEO
# 02 dekabr 2013 07:43 (UTC +04:00)

Qadın 11 paketdə qablaşdırılmış heroini İrkutskdan Ussuriyskə aparırmış.

Adı açıqlanmayan qadının külli miqdarda narkotik apardığı barədə məlumat operativ mənbələrdən daxil olub. Polis Ussuriysk stansiyasında qadını və onun narkotiki çatdırmalı olduğu şəxsi saxlayıb. Araşdırmalar zamanı narkotrafiki təşkil edən şəxsin kimliyi də müəyyənləşib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində regionlararası nartotrafiki kanalının təşkilatçısı olan 27 yaşlı Azərbaycan vətəndaşı həbs olunub.

Azərbaycanlı həbs olunacağı barədə duyuq düşərək, əvvəl maşınla, sonra isə qatarla İrkutsku tərk etməyə çalışıb. Buna rəğmən, o, həbs olunub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Azərbaycanlı və heroinin göndərildiyi şəxs barədə həbs qətimkan tədbiri seçilib, narkokuryer qadın isə icazəsiz yaşayış yerini tərk etməmək barədə iltizam imzaladıqdan sonar sərbəst buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR