® «Bank of Azerbaijan»ın «Gəncə filialı» yeni ünvanda fəaliyyət göstərəcək

<font color=red>® </font>«Bank of Azerbaijan»ın «Gəncə filialı» yeni ünvanda fəaliyyət göstərəcək
# 03 dekabr 2013 11:00 (UTC +04:00)

Bakı - APA-Economics. Xidmət şəbəkəsinin optimallaşdırılmasının davamı olaraq «Bank of Azerbaijan» ASC-nin «Gəncə filialı» artıq yeni ünvanda, Gəncə şəhəri, Xətai prospekti,52A ünvanında fəaliyyət göstərəcək. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə bankın məlumatında deyilir.

Xatırladaq ki, 2010-cu ildən fəaliyyət göstərən «Gəncə filialı» həm fiziki, həm də korporativ müştərilərə müxtəlif bank xidmətləri, o cümlədən əmanət hesablarının açılması, sürətli pul köçürmələri, «Visa» və «MasterCard» beynəlxalq ödəniş sistemi ilə əməliyyatlar, 24 saat ərzində ATM vasitəsi ilə nağd pulun çıxarılması, valyuta mübadiləsi və s. xidmətlər təklif edir. Bankın yeni ofisi iş günləri saat 09:00-dan 21:00-dək müştərilərə xidmət göstərəcək.

Xatırladaq ki, 1993-cü ildə təsis edilmiş «Bank of Azerbaijan» ASC Azərbaycanın aparıcı kommersiya banklarından biridir. Bank fiziki şəxslərə və korporativ müştərilərə depozit hesablarının açılması, kreditlərin verilməsi, pul köçürmələri, sənədli əməliyyatlar, investisiyalar üzrə biznes məsləhətləri və s. geniş çeşidli bank məhsulları təklif edir. Hazırda bankın 15 filialı, 3 şöbəsi mövcuddur. Filiallardan 7-si regionlarda, 8-i isə Bakı şəhərində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR