Siyəzəndə 25 yaşlı qadın dəm qazından zəhərlənib

Siyəzəndə 25 yaşlı qadın dəm qazından zəhərlənib
# 12 may 2014 06:55 (UTC +04:00)

Siyəzən. Vəli Turan - APA. Ötən gün axşam saatlarında Siyəzən şəhəri, Səməd Vurğun küçəsi-27 ünvanında dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Aynurə Kamil qızı Məmmədova mətbəxdə yemək bişirərkən dəm qazından zəhərlənib. O, dərhal Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Xəstəyə ilkin tibbi yardım göstərildikdən bir neçə saat sonra evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR