Azərbaycanla Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanacaq

Azərbaycanla Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanacaq
# 12 may 2014 09:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Mayın 13-15-də Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Frensis Qarri Azərbaycanda rəsmi səfərdə olacaq.

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) “APA-Economics”ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan hökuməti ilə ÜƏMT arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanacaq.

SMPDK, Xarici İşlər Nazirliyi və Müəllif Hüquqları Agentliyi rəhbərliyi ilə görüşəcək F. Qarri Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Müasir iqtisadiyyatda əqli mülkiyyət” mövzusunda məruzə ilə çıxış edəcəyi planlaşdırılır.

Məlumat üçün bildirək ki, bir neçə gün öncə təşkilatın ikinci dəfə baş direktoru seçiləndən sonra F. Qarri ilk səfərini Azərbaycana edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR