Drezdenin ictimai nəqliyyatında Azərbaycana həsr olunmuş videoçarx nümayiş etdirilir - FOTO

Drezdenin ictimai nəqliyyatında Azərbaycana həsr olunmuş videoçarx nümayiş etdirilir - <span style="color: red;">FOTO
# 13 iyun 2014 14:38 (UTC +04:00)

Bakı - APA. “Bakı-2015” ilk Avropa Oyunlarına bir il qalması ilə bağlı geriyə sayım kampaniyasına Almaniyada yaşayan azərbaycanlılar da öz töhfəsini verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Alm.Az Cəmiyyətinin təşəbbüsü ilə iyunun ayının 12-dən başlayaraq Drezden şəhərinin ictimai nəqliyyat vasitələrindəki monitorlarda I Avropa Oyunların həsr olunmuş videoçarx nümayiş etdirilir.

Gün ərzində 40-50 dəfə olmaqla, 3 gün göstəriləcək və minlərlə sərnişinin görə biləcəyi videoçarxda Azərbaycanın, Bakının göz oxşayan görüntüləri, tarixi, mədəniyyəti, eləcə də oyunlara hazırlıq məqsədilə görülmüş işlər öz əksini tapıb.

Məqsəd Azərbaycanın beynəlxalq aləmdə turizm potensialının, iqtisadiyyatının və zəngin mədəni irsinin təbliği olunmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR