Tarix İnstitutunun direktoru beynəlxalq mükafata layiq görülüb - FOTO

Tarix İnstitutunun direktoru beynəlxalq mükafata layiq görülüb - <span style="color: red;">FOTO
# 08 yanvar 2014 15:30 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov Beynəlxalq Sokrat Komitəsinin daha bir mükafatına layiq görülüb. Tarix İnstitutundan APA-ya verilən məlumata görə, bu, Böyük Britaniyanın Oksford şəhərində keçirilən “Elm və təhsil. Yeni imkanlar və istiqamətlər” mövzusuna həsr olunmuş beynəlxalq elmi konfransda baş verib. Yaqub Mahmudov “Kraliça Viktoriya” diplomuna və medalına layiq görülüb. “Kraliça Viktoriya” beynəlxalq mükafatı professor Yaqub Mahmudova milli dəyərlərin qorunması, yüksək rəşadət və dürüstlüyə görə təqdim olunub. Bu mükafat elm və təhsil sahəsində böyük xidmətləri olan şəxslərə verilir.

Qeyd olunub ki, bundan əvvəl 2012-ci ildə AMEA Tarix İnstitutu tədqiqat fəaliyyətinə görə Beynəlxalq Sokrat Komitəsinin ən yaxşı müəssisə “Best Enterprises - 2012” diplomuna, institutun direktoru Yaqub Mahmudov böyük elmi nailiyyətlərinə görə “The Name in Science” (“Elmdə ad”) fəxri tituluna layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR