Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 10 yanvar 2014 06:32 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 9-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,67 dollar və ya 0,7% azalaraq 1 barelə görə 91,66 dollar təşkil edib.


«APA-Economics»in məlumatına görə, yanvarın 9-da ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,76 dollar və ya 0,8% azalaraq 106,39 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR