Qobustanda mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub

Qobustanda mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub
# 08 fevral 2014 08:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı şəhərində oğurluqla məşğul olan dəstə üzvləri tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanvarın 27-də Qobustan qəsəbəsində Abdulla Abdullayevə məxsus mağazadan 45 manat, Pərviz Yüzbaşova məxsus mağazadan isə 1 740 manat, 2 ədəd mobil telefon və tütün məlumatları oğurlanıb.

Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Murad Yusifov, Ramil Rəhimov və İlkin Sadıqov tutulub.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR